Bank Of Baku

SOCAR Monteneqrodakı turizm kompleksinə indiyədək 200 mln. avro yatırıb

SOCAR Monteneqrodakı turizm kompleksinə indiyədək 200 mln. avro yatırıb
# 31 mart 2016 13:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR Monteneqronun Kumbor kurort zonasında yerləşən "Portonovi" kompleksinin tikintisinə bu günədək 200 mln. avro yatırıb.


"APA-Economics" xəbər verir ki, bunu “BNE IntelliNews” nəşrinə müsahibəsində Monteneqronun prezidenti Filip Vuyanoviç bildirib.

Prezidentin sözlərinə görə, kompleksin ümumi dəyəri 500 mln. avro təşkil edir: "SOCAR artıq bu layihəyə 200 milyon avro vəsait yatırıb. Ümid edirik ki, bu kompleks 2017-ci ilin sonunda açılacaq". 

 

Qeyd edək ki, layihənin icrasına 2014-cü ildə start verilib. SOCAR kompleksi 90 il müddətinə icarəyə götürüb. İcarəçi Monteneqroda şirkət təsis etmək hüququna malikdir və icarə razılaşmasına görə, bütün hüquqlar və səlahiyyətlər bu şirkətə təhvil veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR