Bank Of Baku

Prezident İlham Əliyev “Azəravtoyol” ASC-nin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev “Azəravtoyol” ASC-nin yeni binasının açılışında iştirak edib
# 19 aprel 2016 11:37 (UTC +04:00)

APA-nın məlumatına görə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına inzibati binada yaradılan şərait barədə məlumat verib.

 

Bildirilib ki, 1,7 hektar sahəsi olan bu ərazidə genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq işləri aparılıb.

 

“Azəravtoyol” ASC-nin əvvəlki inzibati binasının sahəsi bu təşkilatın və investisiya layihələri üzrə işçi qruplarının səmərəli fəaliyyət göstərməsi üçün kifayət etmədiyindən, “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri qəsəbəsindəki xəstəxana kompleksinin yararsız vəziyyətə düşmüş dördmərtəbəli üç korpusu bu qurumun balansına verilib. Binada müasir yeməkxana, 252 yerlik akt zalı, müxtəlif təyinatlı liftlər quraşdırılıb.

 

Azərbaycan prezidenti İlham Əliyev kollektivə uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR