Bank Of Baku

Azərbaycan-Qətər hökumətlərarası komissiyasının tərkibi təsdiqlənib

Azərbaycan-Qətər hökumətlərarası komissiyasının tərkibi təsdiqlənib
# 17 iyun 2016 16:32 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, komissiyanın Azərbaycan tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:

 

Komissiyanın həmsədri

 

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

 

Komissiyanın üzvləri:

 

İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Tofiq Abdullayev - Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri

 

Azərbaycan Xarici İşlər Nazirliyinə komissiyanın Azərbaycan tərəfindən tərkibi barədə Qətər tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR