APA-nın verdiyi xəbərə görə, səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına aparılan yenidənqurma işləri barədə geniş məlumat verib.
Xəstəxana kompleksi 3 əsas korpusdan ibarətdir. Burada doğum şöbəsi, cərrahiyyə və terapiya bölmələri fəaliyyət göstərəcək. 430 çarpayılıq xəstəxana mərkəzləşmiş havalandırma sistemi, ən müasir tibbi avadanlıqla təmin olunub. Palatalarda xəstələrin rahatlığı üçün hər cür şərait yaradılıb.
Xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib.
Yaradılan şəraitlə tanışlıqdan sonra prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşüb.
Prezidenti İlham Əliyev sonra Müşfiq Mirzəyev adına “Dostluq” parkında yaradılan şəraitlə maraqlanıb.
Prezident İlham Əliyev daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
Yeni uşaq bağçası 120 yerlikdir və onun inşasına 2014-cü ilin aprelində başlanılıb.
Təhsil ocağındakı bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yay çardaqları və oyun meydançası quraşdırılıb.