Bank Of Baku

Qobustan – Ələt mənzilində 7,2  km yol əsaslı təmir olunur

Qobustan – Ələt mənzilində 7,2  km yol əsaslı təmir olunur
# 25 iyul 2016 06:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

 

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu gün Qobustan – Ələt  mənzilində 7,2  km yolun əsaslı təmirinə start verilib.

 

Təmir işləri bir həftə  davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

 

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 125 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR