Hazırda Qobustan stansiyasında 2 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən xəbərə görə, işlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.
QSC-dən bildirilib ki, bu, son 1 həftə ərzində əsaslı təmir olunan 5-ci yoldəyişən qurğudur.
Qeyd edək ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 143 yoldəyişən yenisi ilə əvəz olunub.