Bank Of Baku

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqdim etdiyi dörd ən çox istifadə olunan elektron xidmətinin adını açıqlayıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqdim etdiyi dörd ən çox istifadə olunan elektron xidmətinin adını açıqlayıb
# 12 fevral 2015 09:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Yanvar ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlər arasında ən çox 4 e-xidmətdən istifadə edilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu e-xidmətlərə “Telefon nömrəsi üzrə axtarış”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI kodunun yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətləri daxildir.

 

“Telefon nömrəsi üzrə axtarış” xidməti 76 627 istifadə sayına görə ilk pillədə qərar tutub.

 

İstifadəçilər “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidmətindən 59 455, “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən  39 327 və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən isə 21 160 dəfə faydalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR