Bank Of Baku

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kibertəhlükəsizlik məsələləri müzakirə olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kibertəhlükəsizlik məsələləri müzakirə olunub
# 19 fevral 2015 12:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İsrailin ölkəmizdə səfiri Rafael Harpaz və İsrailin dövlət qurumunda kibertexnologiyalar və kompüter proqramları departamentinin rəhbəri İris Zur Bargury ilə görüş keçirilib.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan-İsrail münasibətlərinin bütün sahələrdə, o cümlədən İKT sahəsində hazırkı səviyyəsinin razılıq doğurduğu, əlaqələrin çox yüksək səviyyədə inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

 

Tərəflərin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə müvəffəq olduqlarını nəzərə çatdıran İsrailin ölkəmizdə səfiri Rafael Harpaz da bu münasibətlərin inkişafında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin özünəməxsus çəkisi ilə seçildiyini qeyd edib. İris Zur Bargury isə İsrail təhsilində tətbiq edilən kiber və kompüter proqramlarından söz açaraq, bu sahədə qazandıqları uğurlu təcrübələri Azərbaycanla bölüşməyə hazır olduqlarını söyləyib.

 

Görüşdə kibertəhlükəsizlik məsələsinin aktuallığı nəzərə alınaraq, bu sahənin gələcək əməkdaşlıq istiqamətlərində yer almasının zəruriliyi bildirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR