Bank Of Baku

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aparat rəhbəri təyin olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aparat rəhbəri təyin olunub
# 02 fevral 2016 07:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aparat rəhbəri təyin olunub.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə bu vəzifəyə Əli İzzət oğlu Abdullayev gətirilib.

 

Ə. Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

 

O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR