Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Ramin Namiq oğlu Quluzadənin rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncam imzalandığı gündən qüvvəyə minir.
SAAT 13:22
Bakı - APA. Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin I müavini vəzifəsinə təyin olunub.
Nazirlikdən APA-ya verilən məlumata görə, R. Quluzadə paralel olaraq nazir vəzifəsini müvəqqəti icra edir.
Bundan öncə R. Quluzadə Heydər Əliyev Fondunda departament direktoru vəzifəsini tutub.
Bunadək nazirin I müavini vəzifəsini tutan İltimas Məmmədova müavin vəzifəsi həvalə olunub.