Tehran. Süleyman Fərzəliyev - APA. Rusiya İranın Gərmsar - İncə Burun dəmir yolu layihəsinə, o cümlədən elektrik enerjisi stansiyasının tikintisi üçün 2 milyard dollar vəsait ayırır.
Bunu APA-ya açıqlamasında İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Rusiya Hökumətlərarası Komissiyanın həmsədri Mahmud Vaezi deyib.
Nazir deyib ki, hər iki ölkə ticarət əlaqələrini genişləndirməyi nəzərdə tutub.
"Biz turizmin inkişafı üçün birlikdə çalışırıq. Bundan başqa, hər iki ölkə bir sıra enerji layihələrinin reallaşdırılması ilə bağlı qərar verib. İki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün böyük potensial mövcuddur", - deyə M. Vaezi bildirib.