Bakı. Yeganə Laçınzadə - APA-Economics. Rusiya tərəfi Sıktıvkar-Bakı-Sıktıvkar aviareysini açmağı planlaşdırır.
“APA-Economics”in Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə “Komiaviatrans” ASC-nin baş direktoru Aleksandr Ponomarev bildirib.
Onun sözlərinə görə, hava yolları şirkətinə Bakıya çarter uçuşları həyata keçirməyə icazə verilib.
“İlk uçuşun tarixi barədə danışmaq tezdir. Buna baxmayaraq, hesab edirəm ki, o gün uzaqda deyil. Sərnişinlərə lazım olan istənilən reys bizi qane edir (bizim üçün əlverişlidir). Əgər sərnişinlər varsa və bu reys onlar üçün təxirəsalınmazdırsa, buna biganə yanaşmaq olmaz. Digər məsələ isə ondan ibarətdir ki, sərnişinlərin sayı təyyarənin tutumu ilə uyğun gəlməlidir”, - deyə A. Ponomarev qeyd edib.
Baş direktorun reyslərin 50 yerlik Embraer-145 təyyarəsi ilə həyata keçiriləcəyini vurğulayıb.
Aviabiletin qiymətləri hələlik hesablanır.