Bakı - APA-Economics. Rusiyanın Nəqliyyat Nazirliyi Türkiyə ilə çarter uçuşların bərpası istiqamətində hökumətin tapşırığının icrasına başlayıb.
"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilir.
"Hökumətin tapşırığına əsasən qüvvədə olan məhdudiyyətlərin aradan qaldırılması üçün tərəfimizdən müvafiq təkliflər hazırlanır. Bundan başqa, çarter reyslərin bərpası üçün biz rusiyalı turistlərin tam təhlükəsizliyinin təmin olunması Türkiyə tərəfinin zəmanətini almalıyıq", - deyə bəyanatda bildirilir.