Bank Of Baku

Bakının üç rayonunun su təchizatı məhdudlaşdırılır

Bakının üç rayonunun su təchizatı məhdudlaşdırılır
# 10 mart 2015 15:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının üç rayonunun su təchizatında fasilələr yaranacaq.

 

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, Bakı şəhəri Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən 700 mm diametrli magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar martın 11-də saat 09:00-dan etibarən gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində  məhdudiyyətlər olacaqdır.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR