APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Gəncəyə səfəri zamanı bəyan edib.
Diplomat bildirib ki, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiyalar yatırması üçün addımlar atılır.
R. Sekuta SOCAR-la neft-qaz ehtiyatlarının hasilatı və nəqli istiqamətində əməkdaşlıq edildiyini, habelə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasına lazımi dəstək verməyə çalışdıqlarını bildirib.