Bank Of Baku

"Silk Way West" hava gəmiləri parkına yeni "Boeing 747-8 Freighter" təyyarəsini əlavə edib - FOTOSESSİYA

"Silk Way West" hava gəmiləri parkına yeni "Boeing 747-8 Freighter" təyyarəsini əlavə edib - <span style="color: red;">FOTOSESSİYA
# 17 avqust 2015 15:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycanın “Silk Way West” aviadaşıyıcı şirkəti hava gəmiləri parkına bazar ertəsi Bakıya gələn yeni “Boeing 747-8 Freighter” təyyarəsini əlavə edib.

 

“Silk Way West” aviaşirkətinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bununla da “Silk Way West”in balansındakı “Boeing 747-8 Freighter” təyyarələrinin sayı üçə çatıb. “747-8 Freighter” ilə yanaşı, aviaşirkət 3 “Boeing 747-400 Freighter” təyyarəsini də istismar edir.

 

“Boeing” korporasiyası ilə müqaviləyə əsasən, “Silk Way West” daha iki “Boeing 747-8 Freighter” alacaq. Təyyarələrin 2016-ci ilin I yarısında Azərbaycana gətirilməsi gözlənilir.

 

“Silk Way West” yeni “Boeing 747-8 Freighter” təyyarələrini almaqla, yük aviadaşımaları sahəsində biznesini əhəmiyyətli dərəcədə genişləndirmək istəyir. Yeni “Boeing 747-8 Freighter” təyyarəsi Sinqapur və Komatsuya (Yaponiya) uçuşlar həyata keçirəcək.   
 
Analoji modellər ilə müqayisədə “747-8 Freighter”in rəqibləri yoxdur - o, yük aviadaşıyıcıları üçün ən aşağı istismar xərcləri, böyük yük təyyarələri sinfində maksimum səmərəlilik, həmçinin təkmilləşdirilən ekoloji göstəriciləri təmin edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR