"Bu ilin yanvar ayının 1-i vəziyyətinə avtomobillərin sayı 1342,3 min ədədə çatıb".
“APA-Economics”in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkə əhalisinin hər 1000 nəfərinə düşən minik avtomobillərinin sayı 2003-cü ildəki 48 ədəddən 118 ədədə çatıb, hər 100 ailədən 52-sinin şəxsi minik avtomobili olub.