Bank Of Baku

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın İşçi Qrupunun iclası keçirilib

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın İşçi Qrupunun iclası keçirilib
# 19 aprel 2016 14:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Azad Ticarət Zonasında texniki maneələrin aradan qaldırılması üzrə İşçi Qrupunun IV iclası keçirilib.

 

Komitədən “APA-Economics” verilən məlumata görə, iclasda daha öncəki iclaslarda qəbul edilmiş qərarların icrası barədə müzakirələr, Azad Ticarət Zonası üzvləri arasında ticarət maneələrinin həll edilməsi barədə sazişin layihəsi, Dövlətlərarası Şuranın növbəti iclasının gündəliyinə əlavələr, növbəti V iclasın keçiriləcəyi vaxt və yeri barədə müzakirələr aparılıb.

 

İclasda Dövlətlərarası Şuranın rəhbər şəxsləri, Rusiyanın Sənaye və Ticarət Nazirliyinin, Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyin, Moldovanın İqtisadiyyat Nazirliyinin, Belarus Standartlaşdırma Komitəsinin, Özbəkistanın “Uzstandart” Agentliyinin mütəxəssisləri iştirak edib.         

 

Sonunda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Azad Ticarət Zonasında texniki maneələrin aradan qaldırılması üzrə İşçi Qrupun IV iclasının protokolu imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR