Bank Of Baku

Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb - FOTO

Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb - <span style="color: red;">FOTO
# 27 fevral 2015 06:18 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, tıxac Masazır dairəsindən paytaxt istiqamətinə doğru uzanır.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, saat 09:17-də bu yolda avtomobillərin orta sürəti 12,86 km/saat olub.

 

Hazırda Xırdalan dairəsində yol-patrul xidmətinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkəti tənzimlənir.

 

Hərəkətin iflic olması I Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə əlaqədardır.  

 

Xatırladaq ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, beynəlxalq tədbirlə əlaqədar yollardakı təmir və yenidənqurma işləri mart ayının sonuna qədər yekunlaşacaq.

 

Qeyd edək ki, I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 8-ci kilometrliyində 700 metrlik məsafə də təmir olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR