Bank Of Baku

Sumqayıtın su təchizatı məhdudlaşdırılır

Sumqayıtın su təchizatı məhdudlaşdırılır
# 15 yanvar 2015 15:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Yanvarın 16-da Sumqayıt şəhərinin bəzi yaşayış massivlərinin su təchizatı məhdudlaşdırılacaq.

 

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Sumqayıt şəhərində magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 16 yanvar 2015-ci il tarixdə gün ərzində  Sumqayıt şəhərinin 1, 2, 6, 11, 13-cü mikrorayonlarına, 4, 5, 17 və 45-ci məhəllələrinə, həmçinin Corat qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR