Bank Of Baku

Şura: Azərbaycandan gələn bərə-gəmilərin Aktau limanında yanalma imkanlarının artırılması üçün Qazaxıstanla danışıqlar aparılır

Şura: Azərbaycandan gələn bərə-gəmilərin Aktau limanında yanalma imkanlarının artırılması üçün Qazaxıstanla danışıqlar aparılır
# 14 dekabr 2015 09:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dekabrın 4-dən Xəzər dənizində başlayan güclü külək nəticəsində bərələrin hərəkətində problemlər yaranıb və 6-9 dekabr tarixlərində Aktau limanına gedən tırların bərələrə yüklənməsində gözləmələr baş verib.

 

Bu barədə "APA-Economics”ə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasından məlumat verilib.

 

Şurada bildirilib ki, Aktau limanına gedən yük maşınlarının Xəzər dənizi vasitəsilə daha tez və təhlükəsiz daşınması üçün qurumda müzakirələr aparılıb: "Yük maşınlarının sayının çoxluğu nəzərə alınaraq, istismardan kənar gözləmədə saxlanılan bir neçə bərə-gəmi yenidən istismara qaytarılıb, bərə reyslərinin sayı artırılıb".

 

Koordinasiya Şurası Azərbaycandan gələn bərə-gəmilərin Aktau limanında yanalma imkanlarının artırılması üçün Qazaxıstan tərəfi ilə danışıqlar aparır.

 

Bununla belə, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC tərəfindən bərə-gəmiləri gözləyən yük maşınlarının sürücüləri üçün limanda müvafiq məişət şəraiti yaradılıb, dükan və kafe fəaliyyətə başlayıb. Limana girişdən öncə kassa yerləşdirilib və daşıma qiymətlərini və şərtlərini özündə əks etdirən lövhə quraşdırılıb. Limanda gözləyən sürücülər üçün sıralama biletlərinin tətbiq edilməsinə də başlanılıb. Bu sistemin köməyi ilə yük maşınlarının sürücüləri onlara təqdim edilən biletlər vasitəsi ilə öz sıra nömrələrini və vaxtlarını dəqiq bilməklə, gözləmə vaxtlarından səmərəli istifadə edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR