Bank Of Baku

Suraxanı rayonunun içməli su təchizatı məhdudlaşdırılır

Suraxanı rayonunun içməli su təchizatı məhdudlaşdırılır
# 18 fevral 2015 07:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Suraxanı rayonunda içməli suyun verilişi məhdudlaşdırılacaq.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsindən keçən 500 mm magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 98 Şərq” anbarından magistral xəttə suyun verilişi dayandırılıb.

 

Bununla əlaqədar fevralın 18-də gün ərzində Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR