Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Suraxanı rayonunda içməli suyun verilməsində məhdudiyyət yaranacaq.
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şadlınski küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar sentyabrın 23-də Yeni Günəşli qəsəbəsinin A,B,V,Q,D massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.