Bank Of Baku

Taleh Ziyadov: "Ələt limanında azad iqtisadi zonanın yaradılması ilə bağlı prezidentə müraciət etmişəm"

Taleh Ziyadov: "Ələt limanında azad iqtisadi zonanın yaradılması ilə bağlı prezidentə müraciət etmişəm"
# 17 mart 2016 11:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Ələt limanında 110-115 hektar ərazidə azad iqtisadi zonanın yaradılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət etmişəm". "APA-Economics" xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının ("Amcham-Azerbaijan") üzvləri ilə görüşdən sonra "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə bildirib.

 

"Bildiyiniz kimi, Ələt limanının sahəsi 450 hektardır. Bunun 110-115 hektarını azad iqtisadi zona olması ilə bağlı ölkə başçısına müraciət etmişəm. Əgər gələcəkdə də ehtiyac olarsa, ətraf ərazilərin də bura daxil olunması mümkündür", - deyə T. Ziyadov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR