Bank Of Baku

Tarif Şurası ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə məlumatlara münasibət bildirib

Tarif Şurası ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə məlumatlara münasibət bildirib
# 13 yanvar 2016 11:20 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Tarif Şurası "Bakı Metropoliteni" QSC də daxil olmaqla, ictimai nəqliyyatda gediş haqlarının artırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev APA-ya açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib. "Tarif Şurasına metro və ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı müraciət daxil olmayıb. Hazırda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif Şurasında müzakirə olunmur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR