Bank Of Baku

Tbilisidə  İpək Yolu Forumu keçirilir - FOTO

Tbilisidə  İpək Yolu Forumu keçirilir - FOTO
# 15 oktyabr 2015 15:15 (UTC +04:00)

 

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gündən Gürcüstanın paytaxtı Tbilisidə  İpək Yolu Forumuna start verilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, iki gün davam edəcək Forumda Azərbaycan, Türkiyə, Çin, ABŞ, Əfqanıstan, Sloveniya, İtaliya, Çexiya və Qazaxıstan daxil olmaqla 30 ölkənin, eləcə də 20 beynəlxalq maliyyə və donor təşkilatının rəhbərləri iştirak edirlər.

 

Ümumilikdə forumda 1000-ə yaxın qonaq iştirak edir. Rustaveli adına Akademik Teatrda keçirilən tədbirdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili  bu forumun Gürcüstan üçün mühüm hadisə olmasını vurğulayıb və forumu açıq elan edib. Forum çərçivəsində bir neçə panel iclaslar keçirilir. Forumda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində ölkəmizin aktiv iştirakından, beynəlxalq nəqliyyat qovşağına çevrilməsi baxımından İpək Yolunun ölkəmiz üçün vacibliyindən, Azərbaycan və Gürcüstan arasında birgə tarif siyasətindən bəhs edib. İclaslarda “Ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsində İpək yolunun yeni imkanları”, “Nəqliyyat və infrastruktur: ölkələr arasındakı ticarət dövriyyəsinə dair yeni tələblər” mövzularında diskussiyalar aparılıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR