Bank Of Baku

Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçirilir

Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçirilir
# 23 dekabr 2015 13:26 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA-Economics. Bu gün Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin III iclası öz işinə başlayıb.

 

APA-nın İran bürosunun xəbərinə görə, iclasda Azərbaycanı nəqliyyat naziri Ziya Məmmədov təmsil edir.

 

Z. Məmmədov APA-ya açıqlamasında bildirib ki, iclasda müzakirə olunan mövzulardan biri də nəqliyyat və yük daşımaları sahəsində əməkdaşlığın genişləndirilməsidir: "Məlum olduğu kimi, Azərbaycan prezidentinin göstərişinə əsasən nəqliyyat və yük daşımaları sahələrində qısa müddət ərzində təkmilləşdirmə işlərinin aparılmasıdır. Azərbaycanı tranzit baxımdan daha cəlbedici etmək məqsədilə Koordinasiya Şurası yaradılıb və bütün aidiyyatı qurumlara göstəriş verilib ki, dəmir yolu nəqliyyatı və digər nəqliyyat yollarından istifadə üçün rəqabətqabiliyyətli tariflər tətbiq olunsun".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR