Bank Of Baku

Tiflisdə Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti iclası keçirilir

Tiflisdə Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti iclası keçirilir
# 18 may 2016 10:25 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Dəmir yolu nəqliyyatı Şurasının 64-cü iclası başlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, öncə dəmir yolu rəhbərlərinin iclası keçirilib. Daha sonra 17 dövlətdən gələn 180 nümayəndənin iştirakı ilə ümumi iclas başlayıb.

 

Tədbiri Gürcüstan Dəmir Yolu İdarəsinin rəhbəri Mamuka Baxtadze iştirakçıları salamladıqdan sonra bu gün başlanan iclasda 11 məsələyə baxılacağını bildirib.

 

Tədbirdə çıxış edən Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze regionda fəaliyyət göstərən dəmir yolu nəqliyyatının dostluq və əməkdaşlığa, ümumi maraqlara xidmət etdiyini və kommunikasiyanın inkişafına yönəldildiyini bildirib.

 

Dəmir yolu nəqliyyatı Şurasının sədri Pyotr Kuçerenko isə 63-cü iclasdan sonra görülən işlər, o cümlədən bu ilin birinci rübünün yekunu barədə məlumat verib. O qeyd edib ki, dəmir yollarında sərnişin daşımalar 78%, yük dövriyyəsi isə 1,6% azalıb. Şuranın sədri həmçinin beynəlxalq dəmir yolu idarələrinin fəaliyyəti barədə məlumatlar verib.

 

Sonra tədbirdə Şuranın protokolu səsə qoyulub.

 

Tədbirdə Azərbaycanı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
 

Sabah iclasın protokolu imzalanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR