APA-nın məlumatına görə, 1 yanvar 2013-cü ildə qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.
“Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna əsasən bu tələb Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi gündən 3 il sonra tətbiq olunmalıdır. Bu müddət 2016-cı il yanvarın 1-də başa çatıb. “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna edilən dəyişiklə bu müddət 2017-ci il yanvarın 1-ə qədər uzadılıb.
Sərəncama əsasən müvafiq olaraq yerli icra hakimiyyəti orqanları Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq müfəssəl planların hazırlanması işlərinin sürətləndirilməsini təmin etməlidir. Şəhərsalma və Arxitektura Komitəsi isə müfəssəl planların Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hazırlanması işində yerli icra hakimiyyəti orqanlarına metodiki yardım göstərilməsini təmin etməlidir.