Bank Of Baku

Tikintidə istifadə olunan maşınların sayı açıqlanıb

Tikintidə istifadə olunan maşınların sayı açıqlanıb
# 13 aprel 2018 11:27 (UTC +04:00)

2018-ci il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 11733, o cümlədən dövlət müəssisələrində 5132, qeyri-dövlət müəssisələrində 6601 tikinti maşını olub.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2017-ci il ərzində 1222 maşının dəyəri tam amortizasiya olunub, onlardan 421-i istismara yararsız olduğuna görə silinib.

 

2017-ci ildə tikinti müəssisələri tərəfindən 120 ədəd müxtəlif növ tikinti maşını alınıb ki, onların 29-nu avtobetondaşıyıcılar və avtobetonqarışdırıcılar, 21-ni avtomobil kranları, 18-ni yük və sərnişin qaldırıcılar, 14-nü traktor və avtomobil üzərində qazma maşınlar, 12-ni ekskavator-kranlar daxil edilməklə tırtıllı gedişli kranlar, 6-nı skreperlər, 20-ni isə digər növ tikinti maşınları təşkil edib.

 

Tikinti maşınlarının 9,4%-i Naxçıvan Muxtar Respublikasında, 66%-i Bakı şəhərində, 8%-i Aran, hər birində 4,1% olmaqla Abşeron və Gəncə-Qazax, 8,4%-i isə digər iqtisadi rayonlarda cəmlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR