Bank Of Baku

Ukrayna Azərbaycan üzərindən tranzit yüklərin daşınmasının artırılmasını planlaşdırır

Ukrayna Azərbaycan üzərindən tranzit yüklərin daşınmasının artırılmasını planlaşdırır
# 21 noyabr 2015 07:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan Dəmir Yolları” QSC-də Ukraynanın Azərbaycandakı səlahiyyətli səfiri Alekcandr Mişenko və “UKRFERRİ” gəmiçilik şirkətinin prezidenti Aleksandr Kurlyand ilə görüş keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib.

 

İkitərəfli görüşdə Ukrayna və Azərbaycan arasında əməkdaşlıq perspektivləri və Ukraynaya Azərbaycan üzərindən tranzit potensialının artırılması  məsələləri müzakirə olunub. A. Mişenko  və “UKRFERRİ” gəmiçilik şirkətinin prezidenti “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildiriblər.

 

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR