Bakı - APA-Economics. Ukrayna daxili bazarda istehsal olunan maşınqayırma məhsullarının Orta Asiya ölkələrinə, o cümlədən İran və Türkiyəyə idxalının artırılmasında maraqlıdır. "APA-Economics" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirin müavini Gennadiy Zubko bildirib.
Onun sözlərinə görə, energetika sektorunda istifadə olunan maşınqayırma məhsullarının idxalı daha prioritetdir: "Bu qəbildən olan məhsulların Azərbaycan, İran, Türkiyə, Qazaxıstan kimi ölkələrə idxalının artırılmasında maraqlıyıq. Bunun üçün xüsusi komissiyalara yaradılıb. Biz yeni bazarların kəşf olunması, köhnələrin bərpası istiqamətində işləyirik".