Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ukrayna şirkətləri Bakı metrosunun əlavə xəttinin tikintisində iştirak etmək niyyətindədirlər.
"APA-Economics"in "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Qennadi Zubko bildirib.
"Ukraynanın inşaat şirkətləri özlərini olduqca yaxşı tərəflərdən göstəriblər və nəinki Aşqabadda, həmçinin Bakı metrosunun tikintisində iştirak edə bilərlər. Söhbət Bakı metrosunun 2016-2017-ci illərdə reallaşdırılması nəzərdə tutulan əlavə xəttinin tikintisindən gedir", - deyə nazir qeyd edib.