Bank Of Baku

Ümumdünya Gömrük Təşkilatı sərnişinlərə xidmətin asanlaşdırılmasına dair seminar keçirir

Ümumdünya Gömrük Təşkilatı sərnişinlərə xidmətin asanlaşdırılmasına dair seminar keçirir
# 15 fevral 2016 13:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gündən başlayaraq Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Regional Tədris Mərkəzində “Sərnişinlərə dair ilkin məlumatlar, sərnişin adlarının qeydiyyatı” mövzusunda seminar keçirilir.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ÜGT-nin təşkil etdiyi seminarda DGK, Dövlət Mülki Aviasiya Administrasiyası və “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşları iştirak edirlər.

 

DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov seminarın təşkilinə görə ÜGT rəhbərliyinə təşəkkürünü bildirib. Baş İdarənin rəisi seminarda əldə olunacaq bilik və təcrübənin sərnişinlərin əl yüklərinin qısa vaxtda gömrük nəzarətindən keçirilməsində, təhlükəsizliyin təmin olunmasında, eləcə də terrorizmlə mübarizədə, narkotik vasitələrin, silahların və digər qadağan olunmuş malların gömrük sərhədindən keçirilməsinin qarşısının alınmasında mühüm rol oynayacağını vurğulayıb.

 

Qeyd edək ki, ÜGT-nin ekspertləri Sertac Yapıcı və Tejo Arum Kusumanın apardığı seminarda “Sərnişinlərə göstərilən xidmət prosedurlarının asanlaşdırılması və sərnişinlərin yoxlanılması”, “Sərnişinə dair əvvəlcədən verilən məlumatla bağlı beynəlxalq təcrübə”, “Sərnişinlərə dair məlumat mübadiləsinin qlobal standartları”, “Sərnişinə dair məlumatın mühafizəsi, təhlükəsizliyi və keyfiyyəti”, “APİ və PNR sistemləri”, “Gömrük kontekstində risklərin idarə edilməsi” və digər mövzularda məlumatlar veriləcək.

 

Seminar fevralın 17-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR