Bank Of Baku

Vergilər Nazirliyi daha üç elektron xidməti istifadəyə verməyə hazırlaşır

Vergilər Nazirliyi daha üç elektron xidməti istifadəyə verməyə hazırlaşır
# 10 fevral 2015 14:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Vergilər Nazirliyi elektron xidmətlərin sayını artırır.

 

APA-Economics”in məlumatına görə, bu barədə “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” IV vergi forumunda nazirliyin baş idarə rəisi Samirə Musayeva məlumat verib.

 

Onun sözlərinə görə, nazirlik vergi ödəyicilərinə daha 3 yeni xidmət təqdim etməyə hazırlaşır. “Artıq bununla bağlı Nazirlər Kabinetinə müraciət edilib. Bu elektron xidmətlər hazırda hökumətdə müzakirə olunur. Demək olar ki, bu imzalanma mərhələsindədir.”

 

S.Musayeva Nazirlər Kabinetinin qərarının olmadığını əsas gətirib bu elektron xidmətlərlə bağlı detallı məlumat verməyib.

 

Qeyd edək ki, Vergilər Nazirliyi tərəfindən indi 60 elektron xidmət təqdim edilir. Hökumət bu təklifləri bəyənsə, nazirliyin təqdim etdiyi xidmətlərin sayı 63-ə çatacaq.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR