Bank Of Baku

Xaçmazda “Azərişıq” ASC-nin sədri Baba Rzayev şimal rayonlarının icra başçıları ilə toplantı keçirir

Xaçmazda “Azərişıq” ASC-nin sədri Baba Rzayev şimal rayonlarının icra başçıları ilə toplantı keçirir
# 29 aprel 2015 10:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərişıq” ASC-nin sədri Baba Rzayev Xaçmaz şəhərində şimal rayonlarının icra başçıları ilə toplantı keçirir.

 

Bu barədə “APA-Economics”ə açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, B. Rzayev “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq” ASC-nin yaradılması haqqında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 19 fevral 2015-ci ildə imzalanan sərəncamdan irəli gələn vəzifələrin icrası və “Azərişıq” yaranan iki ay ərzində görülən işlərlə bağlı məruzə edib.

 

Toplantıda ”Azərişıq" ASC-nin yeni yaradılmış Şimal Regional enerji satışı və təchizatı idarəsinin rəhbər işçiləri də iştirak edirlər.

 

T. Mustafayev bildirib ki, 4 bənddən ibarət inkişaf proqramı hazırlanıb: "Müşavirənin sonunda ictimaiyyətə geniş məlumat açıqlanacaq".

 

Hazırda müşavirə davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR