Bank Of Baku

Xırdalanın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə kredit sazişi təsdiqlənib

Xırdalanın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə kredit sazişi təsdiqlənib
# 15 yanvar 2015 13:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə kredit sazişi təsdiqlənib.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, prezident İlham Əliyev “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında qanunu təsdiqləyib.

 

Azərbaycan və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə kredit sazişi  3 iyul 2014-cü il tarixdə Bakı şəhərində imzalanıb. Sazişə əsasən, Səudiyyə İnkişaf Fondu “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya  sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinə güzəştli şərtlərlə 35 mln. dollar kredit ayıracaq. Ümumi dəyəri 75 mln. dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirəcək.

 

“Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 190 mindən artıq sakinin dayanıqlı içməli su ilə təmin edilməsinə hesablanıb. Layihə çərçivəsində Xırdalan şəhərində ümumi tutumu 60 min kubmetr olan 3 ədəd su anbarı tikiləcək, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin etmək məqsədi ilə müxtəlif diametrli polietilen və polad borularla 178,5 km uzunluğunda su şəbəkəsi yaradılacaq, hər bir ünvana ev birləşməsi verilərək smart-kart sayğaclar quraşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR