Bank Of Baku

Yanvar-aprel ayları ərzində "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 18 mln. tona yaxın yük daşınıb

Yanvar-aprel ayları ərzində "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 18 mln. tona yaxın yük daşınıb
# 12 iyun 2015 15:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin yanvar-aprel ayında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 17,9 mln. ton yük, 107,3 mln. nəfər və ya 7,8% çox sərnişin daşınıb.

 

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Məlumata görə, yüklərin 9,8 mln. tonu və ya 54,8%-i avtomobil nəqliyyatı, 5,6 mln. tonu və ya 31,4%-i dəmir yolu nəqliyyatı, 2,5 mln. tonu və ya 13,8%-i dəniz nəqliyyatı ilə daşınıb.

 

Yük daşımaları fəaliyyətindən 175,9 mln. manat, sərnişin daşınmasından isə 39,9 mln. manat gəlir əldə olunub və müvafiq olaraq 9,5% və 14,4% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR