Bakı. Yeganə Laçınzadə - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Mobil cihazların qeydiyyatdan keçirilməsi” elektron xidməti mobil cihazlarını qeydiyyatdan keçirənlərin işini asanlaşdırıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, yanvar ayında “Elektron hökumət” portalı vasitəsilə sözügedən e-xidmətdən 59 455 dəfə istifadə olunub.
Qeyd edək ki, sözügedən xidmət vasitəsilə mobil cihazların qeydiyyatdan keçirilməsi və rüsumun onlayn qaydada ödənilməsi mümkündür.