Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvar ayında 2014-cü ilin dekabrına nisbətən nəqliyyat sektorunda həm yükdaşıma tarifləri, həm sərnişindaşıma tarifləri 6,2% ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sərnişindaşıma tarifləri üzrə ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3%, MDB ölkələri üzrə isə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7% və 32,6% ucuzlaşma müşahidə olunub.
Qeyd edək ki, ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb. Yanvar ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi isə 21,6% ucuzlaşıb.