Bank Of Baku

Yanvarın 20-də Bakı ətrafında hərəkət edən elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq - VİDEO

Yanvarın 20-də Bakı ətrafında hərəkət edən elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq - <span style="color: red;">VİDEO
# 16 yanvar 2015 07:16 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumatda görə, qeyd edilən tarixlə bağlı Abşeron şəhərətrafı zonada yanvarın 20-də  saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.

 

Tədbirlər Planına əsasən, cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.

 

Eyni zamanda anım günü “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.

 

20 yanvar tarixdə saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR