Bank Of Baku

Yaponiya hökumətinin dəstəyi ilə Şəki rayonunun Suçma kəndində su təchizatı təkmilləşdirilir - FOTOSESSİYA

Yaponiya hökumətinin dəstəyi ilə Şəki rayonunun Suçma kəndində su təchizatı təkmilləşdirilir  - <span style="color: red;">FOTOSESSİYA
# 18 dekabr 2014 17:42 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində Şəki rayonunun Suçma kəndində su təchizatı sisteminin tikintisinə  başlanılacaq. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə,  Şəki şəhər İcra hakimiyyəti aparatında keçirilən  layihə üzrə qrant müqaviləsinin imzalanması mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Yaponiyanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığın 2000-ci ildən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

 

Bildirilib ki, proqram çərçivəsində indiyədək Şəkidə bu layihə də daxil olmaqla, təhsil, səhiyyə, su təchizatı və ekologiya sahələrini əhatə edən 14 layihə reallaşdırılıb. Yeni imzalanacaq layihə sayca on beşincidir. Bu layihələrin isə ümumi dəyəri 1 milyon 259 min 897 ABŞ dolları təşkil edir.


Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi vurğulayıb ki, Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Layihənin reallaşması üçün Yaponiya hökuməti 102 min 570 ABŞ dolları məbləğində qrant yardımı ayırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR