Bank Of Baku

Yardımlıda avtomobil yolunun tikintisinə 1,3 milyon manat ayrılıb

Yardımlıda avtomobil yolunun tikintisinə 1,3 milyon manat ayrılıb
# 10 fevral 2016 15:14 (UTC +04:00)


Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 
 
APA-nın məlumatına görə, on üç min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 1,3 milyon (bir milyon üç yüz min) manat ayrılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR