Bank Of Baku

Xocəsəndə su xəttində qəza aradan qaldırılıb, suyun verilişi bərpa olunub

Xocəsəndə su xəttində qəza aradan qaldırılıb, suyun verilişi bərpa olunub
# 17 avqust 2026 18:16 (UTC +04:00)

Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində baş vermiş qəza Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası tərəfindən aradan qaldırılıb, təmir-bərpa işləri tam yekunlaşdırılıb.

Bu barədə “APA-Economics”ə ADSEA-dan məlumat verilib.

Bildirilib ki, qəzalı sahədə zəruri texniki tədbirlər həyata keçirilərək xətt üzrə suyun verilişi bərpa olunub.

“Qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılması təmin ediləcək”, - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR