Türkiyənin Sakarya vilayətində Xocalı soyqırımına həsr olunmuş yürüş keçiriləcək

Türkiyənin Sakarya vilayətində Xocalı soyqırımına həsr olunmuş yürüş keçiriləcək
# 25 fevral 2016 02:08 (UTC +04:00)

Sakarya. Etibar Məmmədov - APA. Fevralın 24-də millət vəkili Qənirə Paşayevə Türkiyənin Sakarya vilayətinin valisi Hüseyin Avni Çoş ilə görüşüb.

APA-nın Sakaryada olan əməkdaşı xəbər verir ki, görüşdə Q. Paşayeva ilə yanaşı, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova və Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Q. Paşayeva əvvəlcə, son günlər Türkiyədə baş verən terror hadisələrinə toxunaraq, valiyə başsağlığı verib və Azərbaycanın həmişə qardaş ölkənin yanında olduğunu bildirib. N. Nəsibova çıxışında Azərbaycandan olan tələbələrə hər cür dəstəyə və yardıma görə valiyə təşəkkür edib.

Vali Azərbaycan Tələbələr Birliyinin təşkilatçılığı ilə Sakarya Universiteti tələbələrinin fevralın 27-də Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar keçirəcəyi yürüşə icazə verib və bu istiqamətdə tapşırıqlarını verib. Görüşdə Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələrin sosial problemləri də diqqətə çatdırılıb. Vali bununla bağlı da tapşırıqlarını verib və dəstək olacağını vurğulayıb.

Daha sonra Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumunun təmsilçisi Akif Nağı forumun məqsədi və fəaliyyəti barədə məlumat verib. Sonda Sakarya Universitetində Q. Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın müəllifi olduğu “Karabağ hikayeleri” kitabının imza günü keçirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR