Göygöldə avtomobil su anbarına düşüb, 3 nəfər boğularaq ölüb - YENİLƏNİB - VİDEO

Göygöldə avtomobil su anbarına düşüb, 3 nəfər boğularaq ölüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2015 06:41 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə ölənlər sürücü, rayonun Mollacəlil kənd sakini, 1981-ci il təvəllüdlü Xanlar Nəsibov, onun həmkəndliləri və həmyaşıdları - sərnişinlər Rəşadət Nəsibov və Pərviz Teymurovdur.

***

04 oktyabr saat 23.31

Göygöl. Azər Məmmədli - APA. Göygöldə üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb.

“VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su anbarına düşüb.

Qəza nəticəsində avtomobildə olan 3 nəfər boğularaq ölüb.

Avtomobil və ölənlərin meyitləri sudan çıxarılıb.

Ölənlərdən biri 1981-ci il təvəllüdlü Pərviz Teymurovdur. Digər iki nəfərin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR