Bastrıkin: “Mindən çox Rusiya vətəndaşı ötən il Suriyada döyüşməyə gedib”

Bastrıkin: “Mindən çox Rusiya vətəndaşı ötən il Suriyada döyüşməyə gedib”
# 18 aprel 2016 08:04 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın 1000-dən çox vətəndaşı ötən il Suriyada döyüşməyə gedib.

APA-nın “riafan.ru” saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin deyib. O bildirib ki, həmin şəxslər əsasən Türkiyə və Misir üzərindən keçərək terror təşkilatlarına qoşulurlar. Bu cür səfərlərdə isə məqsədin adətən ya istirahət, ya təhsil, ya da kommersiya xarakterli olduğu deyilr.

A. Bastrıkin qeyd edib ki, Rusiyanı tərk edən şəxslərə qarşı 469 cinayət işi açılıb. Gedənlərdən 135 nəfəri Suriya ordusu ilə toqquşmalarda ölüb. O, ekstremist fəaliyyətlə məşğul olmaq ehtimalı olan bütün təşkilatların kütləvi yoxlanmasının keçirilməsinə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR