Balakəndə iki gün əvvəl yanıq xəsarətləri alan 95 yaşlı kişi xəstəxanada ölüb

Balakəndə iki gün əvvəl yanıq xəsarətləri alan 95 yaşlı kişi xəstəxanada ölüb
# 10 mart 2016 20:14 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə iki gün əvvəl yaşadığı evin vanna otağında partlayış nəticəsində ağır yanıq xəsarətləri alan 95 yaşlı Böyük Vətən müharibəsi veteranı xəstəxanada ölüb.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 8-i yanıq xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən, rayonun Mahmalar kənd sakini, 1921-ci il təvəllüdlü Məhəməli Mohuma oğlu Mustafayev həkimlərin səyinə baxmayaraq martın 10-u səhər saatlarında aldığı ağır yanıq xəsarətlərindən ölüb.

Qeyd edək ki, Böyük Vətən müharibəsi veteranı olan 95 yaşlı M. Mustafayev martın 8-i səhər saat 06 radələrində yaşadığı evin vanna otağında qazı yandırmaq istəyərkən qısa müddətli alovla müşahidə olunan partlayış nəticəsində bədənin 1-ci, 2-ci və 3-ü A dərəcəli ağır termiki yanıq xəsarətləri almışdı.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR