Bakıda 50 yaşlı kişi arvadını və özünü bıçaqlayıb

Bakıda 50 yaşlı kişi arvadını və özünü bıçaqlayıb
# 03 may 2016 07:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Eldəniz Şirin oğlu Yusifov yaşadığı evdə həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ceyhunə Şükür qızı Yusifovanı bıçaqlayıb. E. Yusifov daha sonra bıçaqla özünə xəsarət yetirib.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR