Tələt Paşa komitəsinin koordinatoru: “Avropada dərs kitablarından “erməni soyqırımı” bölümünü çıxartdıracağıq” - MÜSAHİBƏ

Tələt  Paşa komitəsinin koordinatoru: “Avropada dərs kitablarından “erməni soyqırımı”  bölümünü çıxartdıracağıq”  - <span style="color: red;">MÜSAHİBƏ
# 28 may 2016 08:30 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Qondarma “erməni soyqırımı” iddialarına qarşı dünya miqyasında mübarizə aparan Tələt Paşa komitəsinin koordinatoru, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Kəşfiyyat İdarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekinin APA-ya müsahibəsi

- Qondarma “erməni soyqırımı” qanun təklifini Bundestaqa gətirməklə Almaniya nə etmək istəyir?

- Burada iki nöqtə var; birincisi odur ki, Türkiyə üzərindən Avropaya getmək istəyən qaçqınların durumuyla bağlı aparılan müzakirələrdə biz önəmli üstünlük qazandıq. Başda Almaniya olmaqla, Avropa ölkələri Türkiyənin təklif və tələblərini böyük ölçüdə yerinə yetirməyə özlərini məcbur hiss edir. Bunu görən Almaniya, Türkiyəyə “əba altından zopa göstərmək” istəyir, İşin mahiyyətinin birinci tərəfi budur. İkincisi isə, Almaniya öz üzərindən faşizm damğasını atmağa çalışır. Mətni diqqətlə oxuyanda sətir aralarından Türkiyəyə və dünyaya bu mesajın verildiyini görəcəksiniz: Birinci dünya müharibəsində erməniləri cəzalandırması üçün Almaniya Osmanlı imperiyasına imkan yaratdı, Hitler “soyqırımı” Osmanlıdan öyrənərək yəhudilərə qarşı tətbiq etdi. Almaniya öz keçmişindəki ləkəni Türkiyəyə ləkə ataraq silməyə çalışır.

- Siz də təbii şəkildə buna qarşı mübarizə aparacaqsınız…

- Əlbəttə. Mayın 28-də Tələt Paşa komitəsinin Türkiyədəki üzvləri kirayələdikləri xüsusi təyyarə ilə Berlinə uçacaqlar. Siyasi dünyagörüşündən asılı olmayaraq, Avropadakı Türk qurumlarının hamısı Bundestaqın qabağında keçirəcəyimiz aksiyada iştirak edəcək.

- Fransa Konstitusiya Şurasının və Avropa İnsan Haqları Məhkəməsinin qərarları varkən Almaniya öz cəhdinin hüquq sahəsində qarşılığının olmadığını bilmirmi?

- Həm Fransa Konstitusiya Şurasının, həm də Avropa İnsan haqları Məhkəməsinin qəbul etdiyi qərarlarda türk millətinin həmrəyliyi və hüquq sahəsindəki dəqiq, ardıcıl mübarizəsi çox önəmli rol oynadı. O qərarlar bizə böyük təcrübə qazandırdı. O yoldan irəliləməyə davam edəcəyik. Bu mübarizədə Avropadakı azərbaycanlı qardaşlarımızın bizimlə birlikdə olmasından çox məmnunuq. İndi əsas işimiz nə olmalıdır, bilirsinizmi?

- Nə olmalıdır?

- Bundan sonra mübarizəmizin əsas hədəfi Avropa ölkələrinin dərsliklərindən qondarma “erməni soyqırımı” iddialarını çıxarmaq olmalıdır. Xatırlayırsınızsa, Avropa İnsan Haqları Məhkəməsinin 17 dekabr 2013-də qəbul etdiyi qərarda “1915-ci il hadisələrini “soyqırımı” kimi xarakterizə etməyin doğru olmadığı qeyd edilmişdi. AİHM ikinci idarəsinin verdiyi qərarı Böyük Palata 28 yanvar 2015-ci il tarixində təsdiq edəndən sonra qondarma “erməni soyqırımı” iddialarının Avropa ölkələrinin dərsliklərində qalması hüquqi cəhətdən də mümkün olmadığından biz o işi də həll edəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR